İdmançılarımız Avropa Çempionatında gümüş medal qazandı - FOTO

İdmançılarımız Avropa Çempionatında gümüş medal qazandı - FOTO

Hazırda oxunan: İdmançılarımız Avropa Çempionatında gümüş medal qazandı - FOTO

154574

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması həlledici final oyununa çıxıb.

Dövlət Sərhəd Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, sentyabr ayının 10-da komandamız son Avropa çempionu İspaniya yığması ilə qarşılaşıb və çətin mübarizədə gümüş medala layiq görülüb.

Komandamız bu mötəbər tədbirdə 3-cü dəfə iştirak etməsinə baxmayaraq Avropanın ən güclü 8 komandası ilə birlikdə yarışaraq çıxdığı 4 oyunun hər birindən, o cümlədən finalda qarşılaşdığı İspaniya yığması ilə qrup oyunundan qələbə ilə ayrılıb.
"İdmançılarımızı turnirin ikinci pilləsinə yüksəlmələri və gümüş medalları münasibətilə təbrik edir, nümayiş etdirdikləri əzmkarlıq və fədakarlığa görə minnətdarlığımızı bildiririk".










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO