Almaniya millisi basketbol üzrə dünya çempionu oldu

Hazırda oxunan: Almaniya millisi basketbol üzrə dünya çempionu oldu

154552

Almaniya komandası 2023-cü ildə Filippində keçirilən basketbol üzrə dünya çempionatının qalibi olub.

Bizim.Media xəbər verir ki, Manilada, “Mall of Asia Arena”da Serbiya millisi ilə keçirilən final görüşü 83:77 hesabı ilə başa çatıb.

Qaliblər arasında ən məhsuldar basketbolçu 27 xal, iki ribaund və iki məhsuldar ötürmə verən D.Şröder olub.

Serbiya komandasının tərkibində A.Abramoviç (21) bir ribaund və iki məhsuldar ötürmə ilə ən çox xal toplayıb. Almaniya yığması üçün bu qələbə dünya çempionatlarında iştirak tarixində ilk olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO