"Qarabağ" bu futbolçu ilə yollarını ayıracaq

Hazırda oxunan: "Qarabağ" bu futbolçu ilə yollarını ayıracaq

154540

Azərbaycanın "Qarabağ" futbol klubu fransalı futbolçusu Adama Diakabi ilə ayrılmaq niyyətindədir.

Bizim.Media xəbər verir ki, "Atlılar"ın futbolçu ilə müqaviləsi 2025-ci ilin yayına qədər olsa da, bu, onun azad agent kimi başqa bir kluba keçməsinə mane olmayacaq.

Diakabinin menecerləri artıq onun üçün Azərbaycan və Səudiyyə Ərəbistanında yeni komanda axtarırlar.

Fransız futbolçunu icarəyə göndərmək variantı da var. Onunla bir neçə AZPL klubunun maraqlandığı bildirilir. Bununla belə, Diakabi özü karyerasını ərəb və ya Avropa ölkələrinin birində davam etdirmək istəyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO