Almaniya millisinin baş məşqçisi istefaya göndərildi

Almaniya millisinin baş məşqçisi istefaya göndərildi

Hazırda oxunan: Almaniya millisinin baş məşqçisi istefaya göndərildi

154536

Futbol üzrə Almaniya milli komandasının baş məşqçi Hans-Diter Fliki istefaya göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının saytında məlumat yayılıb.

Assosiasiyanın rəhbəri Bernd Neuendorf qərarın qaçılmaz olduğunu, milliyə “son məyusedici nəticələrdən sonra” yeni təkan lazım olduğunu söyləyib.

Sentyabrın 9-da Almaniya yığması yoldaşlıq görüşündə Yaponiya millisinə uduzub. Görüş 1:4 hesabı ilə başa çatıb. Bundan əvvəl almanlar ardıcıl dörd yoxlama oyununda məğlub olmuşdular.

Flik 2021-ci ilin mayından Almaniya millisini çalışdırırdı. Onun rəhbərliyi altında milli Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin oyunlarından birində Yaponiyaya uduzaraq pley-offa çıxa bilməyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO