Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

Hazırda oxunan: Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

154462

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək.  

Bizim.Media xəbər verir ki, yarış sentyabrın 13-14-də “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.  

Çempionatda Bakıdan və Mingəçevirdən 100-ə yaxın idmançı mübarizə aparacaq. İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik uğrunda yarışacaqlar.  

Qaliblər medal və diplomla mükafatlandırılacaqlar. Fərqlənən avarçəkənlər gələcəkdə yığmanın heyətinə cəlb olunmaqla yanaşı, oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanacaqlar. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO