Eddi məşqlərə başladı

Eddi məşqlərə başladı

Hazırda oxunan: Eddi məşqlərə başladı

154340

“Neftçi” Qəbələ toplanışını davam etdirir.  

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” bu gün Qəbələ şəhər stadionunda növbəti məşqə çıxıb.  

Fiziki, toplu və taktiki çalışmalardan ibarət olan məşqdə əməliyyatdan sonra bərpa prosesini başa vuran Eddi İsrafilov da iştirak edib. O, komandadan ayrı, fərdi məşğul olub. 

Qeyd edək ki, toplanışa sabah yekun vurulacaq. Səhər məşqindən sonra Bakıya qayıdacaq komanda “Araz-Naxçıvan”la matçın hazırlığını paytaxtda davam etdirəcək. Naxçıvan təmsilçisi ilə oyun sentyabrın 16-sı saat 18:00-da “Dalğa Arena”da keçiriləcək. "Neftçi" 5 turdan sonra 8 xalla turnir cədvəlində 3-cü yeri tutur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO