De Byazi start heyətini MÜƏYYƏNLƏŞDİRDİ 

De Byazi start heyətini MÜƏYYƏNLƏŞDİRDİ 

Hazırda oxunan: De Byazi start heyətini MÜƏYYƏNLƏŞDİRDİ 

154277

Futbol üzrə milli komandamızın Belçika ilə oyuna çıxacağı ehtimal start heyəti müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, sabahkı qarşılaşmada italiyalı mütəxəssis qapıda Şahruddin Məhəmmədəliyevi oynatmaq istəyir.  

Amma eks “Qarabağ”lının hazırda psixoloji durumunu nəzərə alaraq baş məşqçi Yusif İmanovun da xidmətindən yararlana bilər. Müdafiənin cinahlarında Toral Bayramovla Elvin Cəfərquliyev, mərkəzdə isə Rahil Məmmədovla, Anton Krivatsyukun oynayacağı gözlənilir.  

Yarımmüdafiənin mərkəzində Aleksey İsayev, Coşqun Diniyev, Emin Mahmudov qəarlaşacaq. Hücum xəttində isə De Byazi Ramil Şeydayevlə Renat Dadaşova şans verməyi düşünür.  
Qeyd edək ki, Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək Belçika-Azərbaycan matçı sentyabrın 9-da saat 17-00-da başlayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO