Niderlandın Haaqa şəhərində gənc cüdoçular arasında Avropa çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha üç üzvü tatami üzərinə çıxacaq.
Oğlanlar arasında 73 kiloqram çəki dərəcəsində Süleyman Əliyev və Vüsal Qələndərzadə, 81 kiloqram çəkidə isə Ömər Rəcəbli mübarizə aparacaq.
Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Qeyd edək ki, yarışın ilk günündə cüdoçularımız üç medal qazanıblar. Nizami İmranov (60 kiloqram) qızıl, Aydın Rzayev (66 kiloqram) gümüş, Aydan Vəliyeva (52 kiloqram) isə bürünc mükafata sahib çıxıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:44 / 08.09.2023
Avropa Çempionatı: Daha üç cüdoçumuz mübarizəyə başlayacaq
Hazırda oxunan: Avropa Çempionatı: Daha üç cüdoçumuz mübarizəyə başlayacaq
Hazırda oxunan: Avropa Çempionatı: Daha üç cüdoçumuz mübarizəyə başlayacaq
154215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.