“Qarabağ” braziliyalı hücumçu ilə danışıq aparır

“Qarabağ” braziliyalı hücumçu ilə danışıq aparır

Hazırda oxunan: “Qarabağ” braziliyalı hücumçu ilə danışıq aparır

154128

“Qarabağ” transfer pəncərəsinin bağlanmasına yaxın daha bir transferi reallaşdırmaq istəyir. 

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi hazırda braziliyalı hücumçu ilə danışıq aparır. Söhbət Kleyton Fernandes Silvadan gedir. 

Futbolçu hazırda Portuqaliyanın “Kaza Piya” komandasında oynayır. Forvard vaxtilə Brazilyanın “Kuritiba”, “Vila Nova” və “Qlobo” klublarının da şərəfini qoruyub. 

Onun “Kaza Piya” ilə 2026-cı ilə qədər müqaviləsi olduğundan “Qarabağ” transferin baş tutması üçün qarşı tərəfə kompensasiya ödəməli olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO