“Qarabağ” respublika stadionuna KÖÇÜR

“Qarabağ” respublika stadionuna KÖÇÜR

Hazırda oxunan: “Qarabağ” respublika stadionuna KÖÇÜR

153762

"Qarabağ" Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlayıb. 

Bizim.Media PFL-ə istinadən xəbər verir ki, Ağdam klubu “Azersun Arena”da aparılan əsaslı təmir-bərpa işləri ilə əlaqədar olaraq ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməklə bağlı dəyişiklik edilməsini istəyib. 

"Qarabağ"ın müraciətini, "Azersun Arena"da aparılan işləri, Tofiq Bəhramov adına Respublika stadionunun mövsümün əvvəlindən Misli Premyer Liqası üçün qəbul olunduğunu nəzərə alan Peşəkar Futbol Liqası 6-cı turun “Qarabağ” - “Sabah” (tarix və saat eyni saxlanılmaqla) oyunundan etibarən “Qarabağ”ın ev oyunlarını növbəti rəsmi bildirişə qədər Respublika stadionunda keçirməsinə qərar verib. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO