“Sabah” “Qalatasaray”ın sabiq futbolçusu ilə RAZILIĞA GƏLDİ 

“Sabah” “Qalatasaray”ın sabiq futbolçusu ilə RAZILIĞA GƏLDİ 

Hazırda oxunan: “Sabah” “Qalatasaray”ın sabiq futbolçusu ilə RAZILIĞA GƏLDİ 

153711

“Qalatasaray”ın sabiq futbolçusu Yesse Sekidikanın karyerasını Azərbaycanda davam etdirəcəyi dəqiqləşib.  

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu “Sabah”la anlaşıb.

Avqustun son günündə “Eyüpspor”la müqavilə müddəti başa çatan nigeriyalı hazırda azad agent statusu daşıyır. Bundan yararlanan “Sabah” onunla müqavilənin şərtlərini razılaşdırmağı bacarıb. Sekidika tezliklə bakılılarla münasibətləri rəsmiləşdirəcək.  

Maraqlıdır ki, forvard 2019-cu ilin əvvəlində “Neftçi”nin Antalyadakı təlim-məşq toplanışına qoşulmuşdu. “Ağ-qaralar”ın həmin vaxtkı baş məşqçisi Roberto Bordin onun hazırlıq durumundan razı qalmadığından, rəhbərlik müqavilədən imtina etmişdi. 
Qeyd edək ki, 2020-ci ildə “Qalatasaray”la anlaşan Sekidika iki il müxtəlif klublarda icarə əsasında çıxış edib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO