Futbol üzrə Xorvatiya çempionatında 6-cı turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Osiyek"in qonağı olub.
Qarşılaşma Zaqreb təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 30-cu dəqiqədə meydana çıxıb. O, komandasının ilk qolunun müəllifi olub.
Xallarını 10-a yüksəldən "Dinamo" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media