Mahirin qol vurduğu oyunda “Dinamo” qələbə qazandı - VİDEO 

Hazırda oxunan: Mahirin qol vurduğu oyunda “Dinamo” qələbə qazandı - VİDEO 

153536

Futbol üzrə Xorvatiya çempionatında 6-cı turun oyunları keçirilib.  

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Osiyek"in qonağı olub.  

Qarşılaşma Zaqreb təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb. 

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 30-cu dəqiqədə meydana çıxıb. O, komandasının ilk qolunun müəllifi olub.
Xallarını 10-a yüksəldən "Dinamo" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 
 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO