Dünya çempionatında iştirak edəcək idmançılarımızın adları - SİYAHI

Dünya çempionatında iştirak edəcək idmançılarımızın adları - SİYAHI

Hazırda oxunan: Dünya çempionatında iştirak edəcək idmançılarımızın adları - SİYAHI

153443

Sentyabrın 4-də Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, sentyabrın 17-dək davam edəcək Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi və 425 qadın) mübarizə aparacaq.

Onların arasında Azərbaycan milli komandasının üzvləri də olacaq.

Qadınların yarışında Nazilə İsmayılova (49 kiloqram) və Günel Vəliyeva (76 kiloqram), kişilərin mübarizəsində isə İsa Rüstəmov (67 kiloqram), Ömər Cavadov (73 kiloqram), Əli Şükürlü (102 kiloqram) və Dadaş Dadaşbəyli (109 kiloqram) qüvvələrini sınayacaqlar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO