Bakıda “Gəlin birlikdə qaçaq” şüarı altında yarış keçirildi - FOTO

Bakıda “Gəlin birlikdə qaçaq” şüarı altında yarış keçirildi - FOTO

Hazırda oxunan: Bakıda “Gəlin birlikdə qaçaq” şüarı altında yarış keçirildi - FOTO

153408

Bakıda Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə "Heydər Əliyev İli"nə həsr olunmuş "Gəlin birlikdə qaçaq" şüarı altında yarış keçirilib.

Bizim.Media xəbər verir ki, Dənizkənarı Milli parkda “Dəniz Mall” Ticarət Mərkəzinin yaxınlığında təşkil olunmuş yarış 5 km məsafəni əhatə edib.

Finişə hamıdan tez paytaxt sakini Elman Abışov çatıb. Təəssüratlarını AZƏRTAC-a bölüşən 36 yaşlı qalib təşkilatçılara təşəkkürünü bildirib:

“Bu yarışda qalib gəldiyim üçün çox sevinirəm. Dəfələrlə ölkə yarışlarının qalibi və mükafatçısı olmuşam. Gələcək yarışlarda idmançılara uğurlar arzu edirəm. Belə tədbirlərin keçirilməsi idmançıların inkişafına kömək edir. Həmçinin insanların idmana olan sevgisini daha da artırır”.

Qeyd edək ki, yarışa paytaxt və regionlardan qadın, kişi, yeniyetmə, uşaq olmaqla, 200-dən artıq iştirakçı qatılıb.
Yarış sağlam həyat tərzini təbliğ etmək, idmanın inkişafına töhfə vermək və kütləviliyin artırılması məqsədilə keçirilib.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO