Dünya Kuboku: Azərbaycanın idman gimnastı finala yüksəlib 

Dünya Kuboku: Azərbaycanın idman gimnastı finala yüksəlib 

Hazırda oxunan: Dünya Kuboku: Azərbaycanın idman gimnastı finala yüksəlib 

153356

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Türkiyənin Mersin şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda finala yüksəlib. 

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, idmançımız dayaqlı tullanma hərəkətinin icrasında həlledici mərhələyə vəsiqə qazanıb. 

Qeyd edək ki, Dünya Kubokunda Azərbaycanı kişilər arasında Mənsum Səfərovla Nikita Simonov, qadınların yarışında isə Nazənin Teymurova və Samirə Qəhrəmanova təmsil edir. 
Yarışa sentyabrın 3-də yekun vurulacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO