Sfera.az bildirir ki, kraliça İngiltərə "Mançester Yunayted"i ilə anlaşan Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldodan avtoqraf istəyib.
Ronalda bununla da II Yelizavetanın imza istədiyi ilk insan olaraq tarixə adını yazdırıb. Məlumata görə, 95 yaşlı kraliça futbolçudan özü və ailəsi üçün 80 imzalı forma xahiş edib.
Qeyd edək ki, son klubu İtaliya "Yuventus"u olan Kriştiano Ronaldo 2003 - 2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib.
Günay Rəsulqızı
Sfera.az