"Qarabağ" rəhbərliyi qərarını dəyişdi: "Olimpiya" ilə oyun İDMAN TV-də yayımlanacaq

Hazırda oxunan: "Qarabağ" rəhbərliyi qərarını dəyişdi: "Olimpiya" ilə oyun İDMAN TV-də yayımlanacaq

152939

“Qarabağ”ın sabah Avropa Liqasının play-off mərhələsində Sloveniyanın “Olimpiya” klubuna qarşı keçirəcəyi oyunu İdman TV yayımlayacaq.  

Bizim.Media-ya bu barədə telekanaldan məlumat verilib.  

Xatırladaq ki, Sloveniyadakı oyunun İDMAN TV-dəki yayımı zamanı texniki səbəbdən qarşılaşmanın yalnız son 20 dəqiqəsi göstərilmiş, bu da həm klub, həm də azarkeşlər tərəfindən narazılıqla qarşılanmışdı.
Telekanal rəhbərliyi ilə səbəbin onlardan deyil, Sloveniya tərəfdən göndərilən televiziya siqnalının düzgün ötürülməməsindən qaynaqlandığnı bəyan etmişdi.  

“Qarabağ” rəhbərliyi isə telekanaldan narazı qalaraq Bakıdakı matçın yayım hüququnu CBC Sport kanalına vermişdi. Amma görünür vəziyyət dəyişib. Belə ki, İdman Tv rəhbərliyi yayımın alınmamasının araşdırıldığını bildirəndən sonra “Qarabağ” rəhbərliyi ilə ortaq məxrəcə gəlmək mümkün olub. Beləliklə sabahkı qarşılaşma İDMAN TV-nin canlı efirində olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO