Azərbaycan cüdo yığmasının Avropa çempionatı üçün heyəti açıqlandı

Azərbaycan cüdo yığmasının Avropa çempionatı üçün heyəti açıqlandı

Hazırda oxunan: Azərbaycan cüdo yığmasının Avropa çempionatı üçün heyəti açıqlandı

152874

Azərbaycan cüdo yığmasının Niderlandın Haaqa şəhərində keçiriləcək gənclər arasında Avropa çempionatı üçün heyəti müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, millimiz qitə birinciliyinə 16 cüdoçu ilə yollanacaq. 

Oğlanların yarışında Nizami İmranov (60 kq), Aydın Rzayev, Nicat Nağıyev (hər ikisi 66 kq), Vüsal Qələndərzadə, Süleyman Əliyev (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Vüqar Talıbov, İsmayıl Zamanov (hər ikisi 90 kq) və Kənan Nəsibov (+100 kq) mübarizə aparacaqlar. 

Qızlarda isə ölkəmizi Könül Əliyeva, Vüsalə Hacıyeva (hər ikisi 48 kq), Aydan Vəliyeva, Xədicə Qədəşova (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) təmsil edəcək. 
Qeyd edək ki, Avropa çempionatı 7-9- sentyabr tarixində keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO