"Qarabağ"ın rəqibi futbolçusunu Türkiyə klubuna satdı

Hazırda oxunan: "Qarabağ"ın rəqibi futbolçusunu Türkiyə klubuna satdı

152841

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Olimpiya” (Sloveniya) futbolçusu Svit Seşlarla yollarını ayırıb. 

Bizim.Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.  

21 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyə “Eyüpspor”unda davam etdirəcək. “Olimpiya” Sloveniyanın gənclər millisinin də üzvü olan oyunçunun transferindən 2,5 milyon avro qazanıb.  

Qeyd edək ki, Svit pley-offun ilk matçında “Qarabağ”a qarşı 72 dəqiqə oynayıb. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 
Əlavə edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO