Hazard 32 yaşında karyerasını bitirir

Hazard 32 yaşında karyerasını bitirir

Hazırda oxunan: Hazard 32 yaşında karyerasını bitirir

152742

Bu yay "Real"ın yollarını ayırdığı Eden Hazard 32 yaşında karyerasını bitirir. 

Bizim.Media xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb. 

Məlumata görə, belçikalı yarımmüdafiəçi bir neçə klubla danışıq aparsa da, karyerasını başa vurmağı qərara alıb. Onun Səudiyyə Ərəbistanı, ABŞ klubları, "Marsel" və "Nitsa"da oynamaq variantı olub.  
Ancaq futbolçu və ailəsi İspaniyada özlərini rahat hiss edir və Madriddə qalmaq istəyirlər ki, bu da belçikalının böyük ehtimalla karyerasını bitirməsi ilə nəticələnəcək. 

Qeyd edək ki, Belçika millisinin sabiq üzvü "Real"dan əvvəl "Lill" və "Çelsi"də də çıxış edib.

2019-cu ildə "Real"da keçən Hazard xroniki zədə səbəbindən 4 il ərzində cəmi 54 oyunda meydana çıxıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO