"Qarabağ" Azərbaycan Premyer Liqasının 4-cü turunda öz meydanında "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.
Bizim.Media xəbər verir ki, matç başa çatdıqdan sonra stadionda gərginlik yaşanıb.
Belə ki, final fitindən sonra ev sahiblərinin azyaşlı fanatı meydançaya daxil olub. Bu zaman polis əməkdaşlarından biri həmin uşağı vurub. "Qarabağ"ın oyunçuları olaya sərt reaksiya verib.
Futbolçularla polislər arasında mübahisə yaşanıb. Daha sonra "Qarabağ" futbolçuları həmin azarkeşi yanlarına gətirib. Marko Yankoviç fanata öz formasını hədiyyə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media