Azərbaycan Premyer Liqası: “Neftçi” mövsümdə ilk qələbəsini qazandı - VİDEO

Azərbaycan Premyer Liqası: “Neftçi” mövsümdə ilk qələbəsini qazandı - VİDEO

Hazırda oxunan: Azərbaycan Premyer Liqası: “Neftçi” mövsümdə ilk qələbəsini qazandı - VİDEO

152576

Azərbaycan Premyer Liqasında IV turun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, günün ilk görüşü “Neftçi Arena”da keçirilib.

Geridə qalan üç turda qələbə qazana bilməyən “Neftçi” xal üzünə həsrət qalan “Qəbələ”ni qəbul edib. Matçda hesab 45+3-cü dəqiqədə açılıb. Rəhman Hacıyev dəqiq zərbə ilə “ağ-qaralar”ı önə keçirib. Paytaxt təmsilçisi 70-ci dəqiqədə meydanda azlıqda qalıb. Gənc qapıçı Rza Cəfərov qırmızı vərəqə alıb.
Lakin qonaqlar say üstünlüyündən yararlana bilməyiblər. Əksinə, növbəti qol da ev sahiblərindən gəlib. Künc nöqtəsindən ötürülən topu Yuri Matias başla qapıdan keçirib. Bu, həm də görüşün nəticəsini müəyyən edib.

“Qəbələ”ni 2:0 hesabı ilə məğlub edərək, mövsümdə ilk qələbəsini qazanan “Neftçi” xallarının sayını 5-ə yüksəldib. Ardıcıl 4-cü yenilgisini alan “qırmızı-qaralar” isə sonuncu pillədə qalıblar.

Turun əvvəlki oyunlarında “Səbail” səfərdə “Turan Tovuz”a 3:1, “Zirə” öz meydanında “Sabah”a 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan”la “Sumqayıt” isə heç-heçə (1:1) ediblər.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Kəpəz” (20:45) matçı ilə yekun vurulacaq.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO