Azərbaycan klubu amerikalı basketbolçular transfer etdi

Hazırda oxunan: Azərbaycan klubu amerikalı basketbolçular transfer etdi

152498

“Sabah” basketbol klubu mövsümlərarası fasilədə növbəti transferlərini reallaşdırıb.

Bizim.Media xəbər verir ki, amerikalı Kivon Devonport və Mayk Holtonla 1 illik müqavilə bağlanıb. 203 santimetr boya malik olan Devonport peşəkar karyerası ərzində İsrail, Ukrayna və Fransa liqalarında legioner həyatı yaşayıb.  

25 yaşlı basketbolçu son olaraq Fransanın “Orlean Luare Basket” klubunda çıxış edib.

Mayk Holton isə peşəkar karyerası ərzində Ukrayna, İsrail, Almaniya, Fransa və Avstriya klublarında çıxış edən basketbolçu zəngin karyeraya malikdir.

Mayk son olaraq Avstriya Super Liqasında mübarizə aparan “Pölten” klubunda çıxış edib. 2022/2023 mövsümündə 28 oyuna çıxan basketbolçu hər oyunda orta hesabla 21 xal toplayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO