Daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə BAŞLAYIR 

Daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə BAŞLAYIR 

Hazırda oxunan: Daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə BAŞLAYIR 

152415

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə cüdoçular arasında keçirilən dünya çempionatına bu gün yekun vurulacaq. 

Bizim.Media xəbər verir ki, yarışın son günündə Azərbaycan yığmasının daha iki üzvü tatamiyə çıxacaq. 

Oğlanların mübarizəsində 90 kiloqramda Aslan Kotsoyev, 90 kiloqramdan yuxarı çəkidə isə Ramazan Əhmədov güclərini sınayacaqlar. 

Görüşlər Bakı vaxtı ilə saat 11:00-da start götürəcək. 

Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Nihad Məmişov (50 kiloqram) və Xədicə Qədəşova (52 kiloqram) qızıl, Məhəmməd Məmişov (50 kiloqram), Məhəmməd Musayev (60 kiloqram) və Əbil Yusubov (66 kiloqram) gümüş, Mirxaliq İskəndərov (55 kiloqram) və Süleyman Şükürov (73 kiloqram) isə bürünc medal qazanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO