“Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu Avropa Liqasının pley-offunda ilk matçını keçirib.
Qurban Qurbanovun çalışdırdığı kollektiv Sloveniya çempionu “Olimpiya”nın qonağı olub. Lyublyanada baş tutan oyunda Ağdam təmsilçisi 2-0 hesablı inamlı qələbə qazanıb.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 31-də Bakıda keçiriləcək.
Avropa Liqası Pley-offun ilk oyunu 24 avqust
“Olimpiya” – “Qarabağ” 0:2
Qollar: Kevin Medina, 32. Leandro Andrade, 44.
Baş hakim: Georgi Kabakov (Bolqarıstan).
Lyublyana. “Stojitse” stadionu.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:59 / 24.08.2023
“Qarabağ” səfərdə “Olimpiya”nı məğlub etdi
Hazırda oxunan: “Qarabağ” səfərdə “Olimpiya”nı məğlub etdi
Hazırda oxunan: “Qarabağ” səfərdə “Olimpiya”nı məğlub etdi
152242
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.