"Qarabağ" bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Sloveniya "Olimpiya"sı ilə qarşılaşır. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayıb.
Oyun “Qarabağ”ın üstünlüyü ilə davam edir. Belə ki, 33-cü dəqiqədə Kevin Medina künc zərbəsindən ötürürən topu başla qapıya göndərib. 44-cü dəqiqədə isə Leandro Andrade fərqlənib.
Qeyd edək ki, “Qarabağ” “Olimpiya” ilə 2018-ci ildə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində də qarşılaşıb və rəqibi üstələyib. Səfərdəki ilk oyunda Ağdam təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb, cavab oyunu heç-heçə (0:0) nəticələnib.
Bizim.Media