“Araz Naxçıvan” Almaniya klubunu darmadağın etdi

“Araz Naxçıvan” Almaniya klubunu darmadağın etdi

Hazırda oxunan: “Araz Naxçıvan” Almaniya klubunu darmadağın etdi

152232

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasında bu gün növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, təmsilçimiz Almaniya çempionu “Jahn Regensburq”la qarşılaşıb.  

İlk matçla müqayisədə baş məşqçi Vitali Borisov start heyətində dəyişiklik etmişdi. Qapıçı Pavloviçə tapşıran Borisov Erikin əvəzinə Aleksiçə şans vermişdi. Oyuna fəal başlayan futzalçılarımız fasiləyə qədər rəqibi 3 dəfə meydanın mərkəzinə dəvət etdi.  

Bu dəfə də hesabı Katatau açdı. Ardınca Erik və Xəzər rəqib torunu silkələdi. İkinci hissədə İsa və Xətai komandamızın üstünlüyünü 5 topa çatdırdı.  

Beləliklə ilk matçda 9:1, ikinci görüşdə 5:0 hesabı ilə qələbə qazanan təmsilçimiz qrupda son oyununu avqustun 26-da meydan sahibi “Riqa”ya qarşı keçirəcək.  

Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.  

“Jahn Regensburq” (Almaniya) – “Araz-Naxçıvan” (0:3) 0:5  

24 avqust. Salaspils.  

Salaspils İdman Arenası. Saat 15:00  
Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Piccola (İtaliya), Arttu Kyynaeraeinen (Finlandiya) 

Timekeeper: Kiazo Leladze (Latviya)  
Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna)  

UEFA nümayəndəsi: Massimo Nanni (San Marino) 

Qollar: Katatau, 6:37, Erik, 8:07, Xəzər Ağalızadə, 12:59, İsa Atayev, 25:34, Xətai Bağırov, 26:13 Sarı vərəqələr: İsa Atayev, 11:26, Romao Lukas, 17:22, Katatau, 24:44 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO