“Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununu keçirəcək

“Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununu keçirəcək

Hazırda oxunan: “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununu keçirəcək

152117

"Qarabağ" komandası bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsinin ilk matçında Sloveniyanın "Olimpiya" klubunun qonağı olacaq. “Stoyitse” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü bolqarıstanlı FİFA referisi Georgi Kabakov idarə edəcək.

Ağdam klubu əvvəlki raundda Finlandiyanın HİK komandasını mübarizədən kənarlaşdırıb.

Lyublyana təmsilçisi isə Çempionlar Liqasının III təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ına uduzaraq "köhlən atlar"a rəqib olub.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

24 avqust

22:00. "Olimpiya" (Sloveniya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Georgi Kabakov

Lyublyana, "Stoyitse" stadionu

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO