Maqnus Karlsen Bakıda hindistanlı şahmatçı ilə 2-ci partiyada da sülh bağladı

Maqnus Karlsen Bakıda hindistanlı şahmatçı ilə 2-ci partiyada da sülh bağladı

Hazırda oxunan: Maqnus Karlsen Bakıda hindistanlı şahmatçı ilə 2-ci partiyada da sülh bağladı

152064

Avqustun 23-də Bakıda keçirilən kişilər arasında şahmat üzrə Dünya Kubokunda final oyununun ikinci partiyası sona çatıb.

Bizim.Media xəbər verir ki, finalda şahmat taxtası arxasında Maqnus Karlsen (Norveç) və Rameşbabu Praqnanandha (Hindistan) qarşılaşıblar. Şahmatçılar finalın birinci partiyası kimi ikinci partiyanı da heç-heç ilə başa vurublar.

Bakıda şahmat üzrə Dünya Kubokunun qalibi avqustun 24-də tay-breykdə müəyyən olunacaq.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və İngilis dillərində yayımlanır. Yarışlar avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.
Bakıda keçirilən qadınlar arasında şahmat üzrə Dünya Kuboku avqustun 21-də başa çatıb. Kubokun qalibi Aleksandra Qoryaçkina (FİDE) olub. İkinci yeri Nurgül Səlimova (Bolqarıstan), üçüncü yeri isə Anna Muzıçuk (Ukrayna) tutub.

FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO