Qurban Qurbanov: “Vəziyyəti tam tənzimləyə bilməmişik”

Qurban Qurbanov: “Vəziyyəti tam tənzimləyə bilməmişik”

Hazırda oxunan: Qurban Qurbanov: “Vəziyyəti tam tənzimləyə bilməmişik”

152046

“Olimpiya” güclü rəqibdir, çox yaxşı oyun üslubu var”. 

Bizim.Media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” ilə keçiriləcək ilk oyun üçün Sloveniyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis həlledici mərhələdə olduqlarını söyləyib: “Düzgün köklənmək üçün maksimum dərəcədə çalışacağıq. İnanıram ki, futbolçularımın təcrübəsi yorğunluğu aradan qaldıracaq. Onlar yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər. Azarkeşlər üçün maraqlı mübarizə olacaq”.

Baş məşqçi sıx qrafikdə çıxış etdikləri üçün yorğunluq olduğunu gizlətməyib: “Matça hazırlıq zamanı komandada yorğunluğun azalmasına çalışdıq. Son vaxtlar 3-4 gündən bir oyuna çıxırıq, səfərlər edirik. Vəziyyəti tam tənzimləyə bilməmişik”.
Qurban Qurbanov yalnız iki oyunçunun zədədən əziyyət çəkdiyini söyləyib: “Bədavi Hüseynov və Marko Veşoviçdən başqa, digərlərində hər şey qaydasındadır”.

Avqustun 24-də Lyublyanada keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO