Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen Bakıda keçirilən dünya çempionatının yarımfinalında azərbaycanlı Nicat Abasovla görüşdən sonra qidadan zəhərlənib.
Bizim.Media xəbər verir ki, bu barədə şahmatçı Beynəlxalq Şahmat Federasiyasına (FİDE) açıqlaması zamanı bildirib.
O son iki gündür yemək yeyə bilmədiyini bildirib:
“Nicat Abasovla oynayandan sonra qidadan zəhərləndim. Son iki gündür yemək yeyə bilmirəm. Buna görə də çox sakit idim. Çünki əsəbi olmağa gücüm yox idi”.
Bizim.Media