UEFA “Fənərbağça”nı cəzalandırdı

UEFA “Fənərbağça”nı cəzalandırdı

Hazırda oxunan: UEFA “Fənərbağça”nı cəzalandırdı

151964

UEFA Türkiyənin "Fənərbaxça" klubunu Avropa Konfrans Liqası III təsnifat mərhələsinin "Maribor"la oyununa görə cəzalandırıb.  

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi avrokubokların bir səfər oyununda azarkeş dəstəyindən məhrum olacaq.  

Bundan əlavə Türkiyə klubu 30 min avro cərimələnib. "Fənərbaxça" həmçinin "Maribor"un stadionuna dəyən zərərə görə Sloveniya klubunun tələb etdiyi məbləği ödəyəcək.  

"Maribor" - "Fənərbaxça" matçı zamanı iki komandanın azarkeşləri arasında qarşıdırma baş vermişdi. Türk azarkeşlər stadionun tribunalarını qırıb, meydana kənar əşyalar atmışdı.  
Qeyd edək ki, "Fənərbaxça" Avropa Konfrans Liqasında növbəti oyununu "Tvente"yə qarşı keçirəcək. Cəza məhz Niderland səfərinə aid edilib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO