Dünya Kuboku: Nicat Abasov ilk oyunda qalib gəldi

Dünya Kuboku: Nicat Abasov ilk oyunda qalib gəldi

Hazırda oxunan: Dünya Kuboku: Nicat Abasov ilk oyunda qalib gəldi

151944

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda üçüncü yer uğrunda ilk oyun başa çatıb.  

Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya qalib gəlib.  

Ağ fiqurlarla mübarizə aparan Abasov 26-cı gedişdə rəqibini təslim olmağa məcbur edib.

Qeyd edək ki, sabah şahmatçılarcavab oyununda üz-üzə gələcək. Dünya Kubokunda bürünc medal qazanmaq üçün Nicat Abasova heç-heçə də kifayət edəcək. Dünya Kubokunda ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirində iştirak etmək imkanı qazanacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO