Çempionlar Liqasında

Çempionlar Liqasında "pley-off"un ilk oyunları başlayır - AFİŞA

Hazırda oxunan: Çempionlar Liqasında "pley-off"un ilk oyunları başlayır - AFİŞA

151832

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək. Bütün matçlar Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Ötən mərhələdə Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”sunu mübarizədən kənarlaşdıran AEK (Yunanıstan) Belçikada “Antverpen”in qonağı olacaq.

II təsnifatda “Qarabağ”ı keçən Polşa “Rakuv”u azarkeşləri önündə Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək.

Günün çox maraqla gözlənilən matçında Şotlandiya “Reyncers”i Niderland PSV-si ilə üz-üzə gələcək.

Çempionlar Liqası

Pley-off mərhələsi (ilk oyunlar)

22 avqust

23:00. “Antverpen” (Belçika) - AEK (Yunanıstan)

23:00. “Rakuv” (Polşa) - “Kopenhagen” (Danimarka)

23:00. “Reyncers” (Şotlandiya) - PSV (Niderland)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO