UEFA ilin ən yaxşıları adına namizədləri açıqladı

UEFA ilin ən yaxşıları adına namizədləri açıqladı

Hazırda oxunan: UEFA ilin ən yaxşıları adına namizədləri açıqladı

151818
UEFA 2020/21 mövsümü üçün ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.

Sfera.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, kişi futbolçuların siyahısında İngiltərə klublarının oyunçuları yer alıblar.

Bunlardan ikisi ötən mövsüm Çempionlar Liqasının qalibi olmuş "Çelsi”ni, biri isə digər finalçı "Mançester Siti”ni təmsil edir.

Ən yaxşı kişi futbolçu adına namizədlər

Kevin De Breyne ("Mançester Siti”)
Jorjinyo ("Çelsi”)
Nqolo Kante ("Çelsi”)

Ötən mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər də bəlli olub. Siyahıda İngiltərənin "Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola, onun İtaliya millisindəki həmkarı Roberto Mançini və "Çelsi”yə başçılıq edən Tomas Tuxel yer alıb.

Ən yaxşı baş məşqçi adına namizədlər

Xosep Qvardiola ("Mançester Siti”)
Roberto Mançini (İtaliya millisi)
Tomas Tuxel ("Çelsi”)

Qeyd edək ki, qaliblərin adları avqsutun 26-da Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO