"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsinin "Olimpiya"ya qarşı keçirəcəyi ilk görüşünün planları müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi avqustun 23-də saat 11:00-da çarter reysi ilə birbaşa Lyublyanaya uçacaq.
Həmin gün Qurban Qurbanovun yetirmələri oyunöncəsi məşqinə çıxacaq.
"Olimpiya" - "Qarabağ" oyunu avqustun 24-də "Stojitse" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Oyundan dərhal sonra Azərbaycan çempionu vətənə qayıdacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
19:42 / 21.08.2023
“Qarabağ”ın səfər proqramı bəlli oldu
Hazırda oxunan: “Qarabağ”ın səfər proqramı bəlli oldu
Hazırda oxunan: “Qarabağ”ın səfər proqramı bəlli oldu
151786
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.