İki triatlonçumuz

İki triatlonçumuz "İRONMAN" dərəcəsi qazanıb - FOTO 

Hazırda oxunan: İki triatlonçumuz "İRONMAN" dərəcəsi qazanıb - FOTO 

151779

20 avqust Danimarkanın paytaxtı Kopenhagendə dünyaca məşhur triatlon turniri IRONMAN (dəmir məsafə) seriyasının növbəti yarışı keçirilib. 

Bizim.Media xəbər verir ki, iştirakçılar 3,8 km üzüb, 180 km velosiped sürüb və 42 km qaçıblar.

Həm peşəkar, həm də həvəskarların qatıldığı turnirdə ümumilikdə 2500-ə yaxın idmançı gücünü sınayıb. Sözügedən yarışa Azərbaycandan 7 idmançı qatılıb. 

Onlardan Aleksandr Mordasov, Samir Cavadov, Teymur Fərəcov, Rabiyə Orucova, Kamil Əliyev və Kamram Əbilov Triterra klubunu, Elçin Bəkirov isə Tristar klubunu təmsil edib.

Teymur Fərəcov ölkəmizi təmsil edən idmançılar arasında ən yüksəsk nəticə göstərərək, 9 saat 56 dəqiqə 06 saniyəyə finişə çatıb. Kamran Əbilov və Samir Cavadov IRONMAN tituluna sahib olan idmançılar sırasına adlarını yazdırıblar.  



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO