Azərbaycanın daha iki boksçusu Avropa birinciliyində 1/4 finala yüksəldi

Azərbaycanın daha iki boksçusu Avropa birinciliyində 1/4 finala yüksəldi

Hazırda oxunan: Azərbaycanın daha iki boksçusu Avropa birinciliyində 1/4 finala yüksəldi

151709

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub.

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, 1/4 finala gedən yolda Azərbaycan millisinin daha 2 boksçusu rinqdən qələbə ilə ayrılıb.

Toğrul Quliyev (57 kq) Sonni Hollinqsvortla (İngiltərə) üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib.

Səftər Məmmədzadə (90 kq) də 1/8 final səddini uğurla adlayıb. Yan Vimzalla (İBAC) döyüşən təmsilçimiz 5:0 (30:26, 30:24, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Bununla da Avropa birinciliyində 1/4 finalda mübarizə aparacaq boksçularımızın sayı 9-a çatıb. Quliyev və Məmmədzadə ilə yanaşı, Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq), İsmayıl Vəliyev (70 kq), Hüseyn Abdiyev (80 kq) və Mədinə Məmmədova (60 kq) yarımfinal üçün mübarizə aparacaq.
Qeyd edək ki, Avropa birincililiyi avqustun 25-də yekunlaşacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO