Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında qadınlar arasında 10 metr məsafəyə tüfəngdən atəş açmada 5-ci yeri tutan İran millisinin üzvü Şermineh Çehel Amirani 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Bizim.Media xəbər verir ki, o, pnevmatik tüfəngdən atəş açma yarışlarında bu uğura imza atan ilk iranlı idmançı olub.
Şermineh Çehel Amirani çox məmnun olduğunu deyib:
"Həqiqətən çox gözəl təcrübə oldu. Həyəcanlıyam, nə deyəcəyimi bilmirəm. Çıxışımdan razıyam. Yarış əsnasında yalnız uğur haqda düşünürdüm. Amma yarışdan əvvəl Parisə lisenziyanı xəyal edirdim”.
İranlı idmançı mundial və təşkilatçılıq barədə yüksək fikirdə olduğunu gizlətməyib:
“Azərbaycana ilk səfərimdir. Burada gördüklərimdən məmnunam. Təhlükəsizlik yüksək səviyyədədir. Heç bir problem, narahatlığımız yoxdur, hər şey yüksək səviyyədə təşkil olunub. Açığı, Bakını gəzməyə elə də çox vaxtım olmayıb. Tez-tez Azərbaycan mətbəxinə müraciət edirik. Yeməkləri çox dadlıdır. Buranın təbiəti də çox gözəldir”.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:10 / 20.08.2023
İranlı idmançı Bakıda “Paris-2024 Yay Olimpiya Oyunları”na lisenziya qazandı
Hazırda oxunan: İranlı idmançı Bakıda “Paris-2024 Yay Olimpiya Oyunları”na lisenziya qazandı
Hazırda oxunan: İranlı idmançı Bakıda “Paris-2024 Yay Olimpiya Oyunları”na lisenziya qazandı
151601
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.