“Qarabağ” braziliyalı futbolçu transfer edir

“Qarabağ” braziliyalı futbolçu transfer edir

Hazırda oxunan: “Qarabağ” braziliyalı futbolçu transfer edir

151573

Andrey Lunyevi heyətinə qatan “Qarabağ” daha bir futbolçu ilə danışıq aparır. Komanda indi də hücum xəttini gücləndirir. 

Bizim.Media xəbər verir ki, ölkə çempionu Matues de Barros da Silvanı Bakıya gətirir. Sağ cinah müdafiəçisi “Qarabağ”la müqavilənin bütün detallarını razılaşdırıb.

2017-ci ildə peşəkar futbolda ilk addımlarını atan braziliyalı vətənində “San Fransisko PA”nın şərəfini qoruyub, daha sonra “Paysanda” və “Bahia”nın uğurları üçün tər töküb.
2019-2020 mövsümündə Portuqaliya Sequndasında “Farense”nin, növbəti iki ildə bu ölkənin yüksək dəstəsində “Moreyrense”nin heyətində yer alan 25 yaşlı oyunçu ötən yaydan Plovdiv “Lokomotiv”indədir. Onun Bolqarıstan klubu ilə daha bir illik müqaviləsi qalır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO