Messi ABŞ-da ilk titulunu qazandı - VİDEO

Messi ABŞ-da ilk titulunu qazandı - VİDEO

Hazırda oxunan: Messi ABŞ-da ilk titulunu qazandı - VİDEO

151555

Argentinalı hücumçu Lionel Messi ABŞ-nin “İnter Mayami” klubunun heyətində ilk titulunu qazanıb.

Bizim.Media xəbər verir ki, Florida təmsilçisi Liqa Kubokunun finalında “Neşvill”i penaltilər seriyasında yenərək turnirin qalibi olub.

Əsas vaxtda Lionel Messinin qoluna “Neşvill” Faf Pikonun dəqiq zərbəsi ilə cavab verib. Penaltilər seriyasında isə mayamililər daha dəqiq olub - 10:9.

2018-ci ildə əsası qoyulan “İnter Mayami” üçün bu, klubun tarixində ilk tituldur. Messinin klubda keçirdiyi 7 oyunda 10 qolu var. Onun üçün bu kubok karyerasında 44-cü tituldur. Beləliklə, 36 yaşlı argentinalı tarixin ən titullu futbolçusu olub.
 


 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO