Yunanıstanlı idmançı Bakıda qızıl medal qazandı

Yunanıstanlı idmançı Bakıda qızıl medal qazandı

Hazırda oxunan: Yunanıstanlı idmançı Bakıda qızıl medal qazandı

151513

Bakıda keçirilən 53-cü dünya çempionatında kişilər arasında stend atıcılığının dairəvi növü üzrə yarışlar keçirilib.

Bizim.Media xəbər verir ki, yunanıstanlı Eftimios Mitas 56 dəqiq atışla qızıl medala sahib olub.

Yunan rəqibindən az fərqlə geridə qalan (55 dəqiq atış) Finlandiya idmançısı Eetu Kallioinen gümüş medal qazanıb. Atış zamanı 46 dəfə dəqiqlik göstərən misirli Azmi Mehelba bürünc medala yiyələnib.

Komanda yarışında isə ABŞ birinci, Yunanıstan ikinci, İtaliya üçüncü yeri tutub.

Əldə olunan nəticələrə əsasən, Eftimios Mitas (Yunanıstan), Eetu Kallioinen (Finlandiya), Yesper Hansen (Danimarka) və Erik Vatindal (Norveç) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər.
Qeyd edək ki, Bakıda ilk dəfə keçirilən atıcılıq üzrə dünya çempionatı 2018-ci ildən bəri bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Mundialda 100-dən artıq ölkədən 2000-dək idmançı və nümayəndə iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO