Şahmatçımız qızıl medal qazandı

Şahmatçımız qızıl medal qazandı

Hazırda oxunan: Şahmatçımız qızıl medal qazandı

151474

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümümdünya Şahmat Olimpiadasına yekun vurulub. 

Bizim.Media xəbər verir ki, 47 ölkədən 63 komandanın mübarizə apardığı olimpiadada Azərbaycan millisi Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova ilə təmsil olunub. 

Yığma mötəbər yarışı 12-ci pillədə başa vurub. Şahmatçımız Read Səmədov birinci lövhədə 9 oyundan 8 xal toplamaqla ən yüksək nəticə sahibi kimi qızıl medala layiq görülüb.

Mükafatlandırma mərasimində Read Səmədovun şərəfinə Azərbaycan himni səsləndirilib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO