"Neftçi" Dünya Seriyasının 1/4 finalında

Hazırda oxunan: "Neftçi" Dünya Seriyasının 1/4 finalında

151458

18 avqust İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində komandalarımızın qrup oyunları yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, qadın millimiz Melilya mərhələsinin sonuncu qrup oyununda "Yuanda" (Çin) klubuna 9-21 hesabı ilə məğlub olaraq qrupda qalıb. 

"Neftçi" isə, qrupdakı sonuncu görüşündə "Düsseldorf Zoos" (Almaniya) klubuna 13-14 hesabı ilə məğlub olsa da, 1/4 finala vəsiqə qazana bilib. "Neftçi" nin 1/4 finaldakı rəqibi ABŞ seçməsi olacaq. Oyun 19 avqust Bakı vaxtı ilə saat 20:25-də başlayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO