"Neftçi" Melilya mərhələsinə qələbə ilə başladı

Hazırda oxunan: "Neftçi" Melilya mərhələsinə qələbə ilə başladı

151424

18 avqust İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində qrup oyunlarına start verilib.  

Bizim.Media xəbər verir ki, qadın millimiz Melilya mərhələsinin ilk görüşündə 6-22 hesabı ilə İspaniya millisinə məğlub olub.  

B qrupunda qərarlaşmış təmsilçimiz "Neftçi" isə, ilk görüşündə Portuqaliya millisinə 21-17 hesabı ilə qalib gəlib.

"Neftçi" qrupdakı növbəti oyununu Bakı vaxtı ilə saat 21:35 -də "Düsseldorf Zoos"(Almaniya) klubuna qarşı, qadın millimiz isə növbəti oyununu 23:40 -da "Yuanda" (Çin) klubuna qarşı keçirəcəkdir.  
Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO