Güləşçimiz dünya çempionatının bürünc medalını QAZANDI  

Güləşçimiz dünya çempionatının bürünc medalını QAZANDI  

Hazırda oxunan: Güləşçimiz dünya çempionatının bürünc medalını QAZANDI  

151420

İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı davam edir.  

Bizim.Media xəbər verir ki, yarışın 4-cü günündə son qadın güləşçimiz xalçaya çıxıb.  

Gültəkin Şirinova (53 kq) almaniyalı Amori Aandrixə tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Ancaq yarımfinalın bir addımlığında ukraynalı Mariya Yefremovaya "tuş"la məğlub olub. 

Rəqib finala yüksəldiyi üçün Şirinova təsəlliverici görüşə çıxıb. Gəncə güləş məktəbinin yetirməsi bolqarıstanlı Nikol Krumovaya heç bir şans tanımayıb - 10:0.  

Həlledici qarşılaşmada amerikalı Keti Qomeslə güləşən Gültəkin 9:4 hesablı qələbəylə dünya üçüncüsü olub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO