“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” (Sloveniya) ilə keçirəcəyi oyunların vaxtı və hakimləri açıqlanıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi ilk oyunu avqustun 24-də səfərdə keçirəcək.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq cavab matçı isə saat 20:00-da start götürəcək.
İlk oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Georgi Kabakov olacaq. Ona yan xətt hakimləri qismində Martin Marqaritov və Diyan Valkov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Radoslav Qijenov yerinə yetirəcək. Cavab görüşündə isə İspaniyadan olan hakimlər söz sahibi olacaqlar. Baş hakim Alexandro Hernandes olacaq. Ona Xose Naranxo və Dieqo Sançes Roxo kömək edəcəklər. Dördüncü hakim Alexandro Munyis Ruis olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:35 / 18.08.2023
“Qarabağ”ın “Olimpiya” ilə oyunlarının vaxtı AÇIQLANDI
Hazırda oxunan: “Qarabağ”ın “Olimpiya” ilə oyunlarının vaxtı AÇIQLANDI
Hazırda oxunan: “Qarabağ”ın “Olimpiya” ilə oyunlarının vaxtı AÇIQLANDI
151369
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.