Daha bir taekvondoçumuz Avropa çempionu oldu

Daha bir taekvondoçumuz Avropa çempionu oldu

Hazırda oxunan: Daha bir taekvondoçumuz Avropa çempionu oldu

151119

Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında uğurlu nəticəyə qazanıb. 

Bizim.Media xəbər verir ki, 80 kq (K44) çəki dərəcəsində çıxış edən idmançımız qızıl medala yiyələnib. 
 

MÖVZU İLƏ BAĞLI:

Taekvondo üzrə millimizə yeni baş məşqçi TƏYİN OLUNDU 


Qeyd edək ki, buna qədər Azərbaycan idmançıları turnirdə 10 medal əldə ediblər.

Şəhanə Hacıyeva (cüdo, 48 kq), Xanım Hüseynova (cüdo, 70 kq) və İmaməddin Xəlilov (taekvondo, 70 kq, K 44) Avropa çempionu olublar.

İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO