Güləşçimiz dünya üçüncüsü oldu

Güləşçimiz dünya üçüncüsü oldu

Hazırda oxunan: Güləşçimiz dünya üçüncüsü oldu

150981

İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, bu gün 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər arasında medalçılar müəyyənləşiblər. 

Azərbaycan güləşçilərindən Ali Tsokayev (79 kq) mundialın bürünc medalını qazanıb. O, iranlı Fərzad Saficahanşahiyə tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub. 

Ruslan Abdullayev (57 kq) isə bürünc medal uğrunda görüşdə ermənistanlı Edik Harutyunyana məğlub olub – 4:8. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO